En son içerik ekleyen üyeler(resimli) | Hemen üye ol, seçkin bir ortama katıl!
Seyfi KaracaSeyfi ...
45, Bad walds
mahmutcantekinmahmut...
, ADIYAMAN/
drozakdrozak
48, yalova
eynazendeeynazende
, Kırşehi
Necdet EREMNecdet...
60, İzmir
Sadık YılmazSadık...
36, İSTANBL
tahsin_sahintahsin...
64, KAYSERİ
Güven AkçaGüven...
38, manisa /

Publish Your Poems, Quotes, Lyrics and more...

Publish Your Poems, Quotes, Lyrics, Videos, Jokes and more for FREE...
Create new account for free

Sosial Media risklerinden korunma

Hörmətli dostlar, yoldaşlar, həmkarlar,

Oxumağınız və paylaşmağınız rica olunur!

Müasir dövrdə gündəlik həyatımızın ayrılmaz atributlarından biri olan Sosial Media bizə bir çox sahələrdə yardımçı olur və həqiqətən çox xeyirli bir vasitədir. Lakin təəssüf ki, Sosial Medianın bir sıra cinayətkar qruplar tərəfindən sui-istifadə olunması imkanları da genişdir. Bu səbəbdən, Sosial Mediadan istifadə edərkən aşağıdakı təhlükəsizlik qaydalarını ciddiyyətlə nəzərə almağınız önəmlə rica edilir:

- sosial mediaya mümkün qədər bir və təhlükəsiz aparatdan istifadə edərək daxil olun;

- parollarınızı mümkün qədər intensiv aralıqlarla yeniləyin və bacardıqca mürəkkəb kombinasiyalı parollar qurun;

- tanımadığınız insanlara əsla dostluq dəvəti göndərməyin və sizə tanımadığınız adamlardan daxil olmuş dostluq dəvətlərini dərhal bloklayın;

- tanımadığınız insanlardan daxil olmuş dostluq dəvətlərinin qəbulu ilə əlaqədar həyata keçirdiyiniz bütün prosesləri sənədləşdirin (məsələn, dəvəti alan kimi, həmin şəxsi dostluğa qəbul etdikdən sonra bu əməliyyatların fotolarını çəkin), onlarla həyata keçirdiyiniz hər hansı mesajlaşmaları/danışıqları mütləq arxivləşdirib saxlayın;

- dostluğa qəbul etdiyiniz tanımadığınız şəxsdən onun kim olduğunu, sizinlə əlaqə yaratmaqda hansı məqsədləri daşıdığını onu dostluğa qəbul edəndən dərhal sonra soruşun və qısa müddət ərzində cavab almasanız və yaxud onun cavabı sizə şübhəli gəlsə, həmin şəxsi dərhal bloklayın. Yenə də bu prosesləri sənədləşdirib saxlayın;

- dostlarınız arasında sizin dostluğa qəbul etmədiyiniz, tanımadığınız biriləri varsa və həmin sosial media hesabını sizdən başqa kimsə istifadə etmirsə, həmin şəxslə/şəxslərlə əlaqəyə girmədən, yenə də müvafiq şəxs haqqında bütün mövcud məlumatları sənədləşdirərək, eləcə də bütün proseslərin foto/video qeydiyyatını apararaq onu dostluqdan silin və bloklayın, dərhal parolunuzu dəyişin və aidiyyatı sosial medianın mərkəzi ofisinə hesabınızın həkləndiyi barədə məlumat verin;

- imkanlarınız varsa, çağırılmamış qonağın haradan, hansı kompüterdən sizə dəvət göndərməsi və s. kimi məlumatları da əldə edin;

- nəzərdə saxlayın ki, sosial media emosiyaların, hislərin sərbəst ifadə olunması üçün o qədər də əlverişli məkan deyil. Kütlə arasında sərbəst ifadə edə bilməyəcəyiniz hislərinizi, səsləndirə bilməyəcəyiniz fikir və sözləri sosial mediada da qətiyyən açıqlamayın;

- şəxsi məlumatlarınızı (məsələn CV-ləri) paylaşdığınız saytları bir kağıza qeyd edib etibarlı yerdə saxlayın;

- bank, kommersiya, ailə sirri və s. daşıyan hər hansı məlumatları və ya sənədləri əsla və əsla, məhdud çərçivədə də olsa, paylaşmayın;

- kompüterinizin etibarlı antivirus və casus əleyhinə proqram vasitələri ilə qorunmasına xüsusi diqqət yetirin və bu sahədə pula xəsislik etməyin;

- sosial mediada işinizi yekunlaşdırdıqdan sonra proqramdan çıxış qaydalarına mütləq əməl edin.

Ümidvarıq ki, yuxarıdakı qaydalara əməl etməyiniz sizə sosial mediadan istifadə zamanı meydana gələn bəzi risklərdən qorumağa kömək edəcək.

Dərin hörmətlə,

Ramin Lev

No votes yet

Comments

Post new comment

(If you're a human, don't change the following field)
Your first name.
The content of this field is kept private and will not be shown publicly.
CAPTCHA
This question is for testing whether you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.