En son yorum ekleyen üyeler(resimli) | Hemen üye ol, seçkin bir ortama katıl!
gokhanduygungokhan...
27, Diyarbak
mahmutcantekinmahmut...
, ADIYAMAN/
tahsin_sahintahsin...
64, KAYSERİ
6666
56, Ankara
Hamide ÖztürkHamide...
41,
kivanc4454kivanc4454
45, konya
Gül-Ce-ŞiirleriGül-C...
18, Gostivar
seref_cosgunseref_...
52, Balıkesi

Publish Your Poems, Quotes, Lyrics and more...

Publish Your Poems, Quotes, Lyrics, Videos, Jokes and more for FREE...
Create new account for free

Ümummilli Öndərin Doxsan Bir İlliyinə…

Sizə vəd vermişdik, əziz Ümummilli Öndərimiz. Ad gününüz öncəsi Sizə minnətdarlıq müraciəti ünvanlayacağımızı söyləmişdik. Və Tanrıya şükranlarımızı yetiririk ki, O Sizin Doxsan Birinci Doğum Gününüzlə əlaqədar öz səmimi hislərini ifadə etmək imkanını sadə bir Azərbaycanlıya çox görmədi!

Əlbəttə, Siz, bütün təriflərdən, ən dərin, səmimi hislərin, duyğuların süzgəcindən axıb gələn təşəkkürnamələrdən yüksəkdə dayanırsınız. Nə söyləsək sözlərimiz yetərli olmayacaq. Günəşin minnətdarlığa ehtiyacı yoxdur. Siz Azərbaycanın, bütün Azərbaycanlıların Günəşisiniz! Lakin hər bir Azərbaycanlının, eləcə də şəxsən mənim və ailəmin həyatında buraxdığınız silinməz izlərə görə Əziz Ruhunuza təşəkkür etməmək sadəcə nankorluq olardı.

Beləliklə, əziz Ümummilli Öndərimiz! İcazənizlə, aşağıda sadalananlara görə Sizə sonsuz təşəkkürlərimi çatdırıram:

1. 1993-cü ildə özünüzün və yaxınlarınızın həyatını böyük təhlükəyə ataraq sahibsiz qalmış, son dərəcədə ağır durumda olan ölkəyə rəhbərlik məsuliyyətini öz üzərinizə götürdüyünüz üçün;

2. On minlərlə insanın həyatına son qoymuş, yüz minlərlə insanın yaralanmasına, əlil olmasına, itkin düşməsinə gətirib çıxarmış bir silahlı münaqişəni dinc yolla dayandırdığınız üçün;

3. O dövrdə Azərbaycanda baş alıb gedən hərc-mərcliyin qarşısını aldığınız, qanunsuz reket dəstələrini yığışdırdığınız və qanunun aliliyini təmin etdiyiniz üçün;

4. Qısa müddət ərzində bütün dövlət orqanlarının layiqli, peşəkar və səmərəli fəaliyyətinin təmin edilməsi istiqamətində, eləcə də dövlətçilik ənənələrinin formalaşdırılması sahəsində əldə etdiyiniz əvəzsiz nailiyyətlər üçün;

5. Azərbaycan əhalisinin həssas təbəqələrinin, o cümlədən şəhid ailələrinin, müharibə iştirakçılarının, qaçqın və məcburi köçkünlərin, eləcə də digər az təminatlı insanların maddi durumunun, güzəranının yaxşılaşdırılması ilə əlaqədar görgüyünüz fövqəladə tədbirlər üçün;

6. Bütün dünya ictimaiyyətinin diqqətini Azərbaycanın problemlərinə, xüsusilə də qaçqın və köçkünlərin durumu ilə əlqədar çətinliklərə cəlb etdiyiniz üçün;

7. Ev-eşiyindən məhrum olmuş qaçqın və məcburi köçkünləri müvafiq şəhərcik və binalarla təmin etdiyiniz üçün;

8. Azərbaycanın regionda həlledici sözə sahib dövlətlərlə korlanmış münasibətlərinin şəxsən yoluna qoymağınız, eləcə də bütün dünya dövlətləri qarşılıqlı faydalı əlaqələri şəxsən formalaşdırmağınız üçün;

9. Azərbaycanda bütün dinlərdən və millətlərdən olan insanların qardaşcasına, bərabər hüquqlu, dinc yanaşı yaşaması üçün bütün lazımı şəraitləri yaratdığınız üçün;

10. O dövrdə Azərbaycanda bütün xarici şirkətlər və partnyor ölkələr üçün əlverişli biznes mühitini yaratdığınız üçün;

11. Azərbaycanın demokratiyaya doğru addımlamasında, ölkə iqtisadiyyatının inkişafında və əhalinin sosial rifahının yüksəlməsində böyük nailiyyətlər əldə etdiyiniz üçün və s, və s, və s..

Əziz Ümummilli Öndərimiz! Sizin xidmətlərinizi saymaqla bitməz. Ona görə də, Ruhunuz qarşısında baş əyirəm. Doxsan Birinci Doğum Gününüzdə Sizə, eləcə də başda 91-lər olmaqla bütün silahdaşlarınıza minnətdarlıq hislərimi çatdırıram.

Baxıram inkişaf etmiş ölkələrə. Onların bir çoxunda onilliklər, hətta əsrlər keçməsinə baxmayaraq ölkənin tarixində mühüm rol oynamış rəhbərlərin ailələrinin davamçıları ölkəni gələcəyə aparmaq görəvini hələ də layiqincə daşıyırlar. Bu xalqların həmin böyük rəhbərlərə onların əvəzsiz xidmətlərinin əvəzində verdiyi layiqli mükafatıdır. Və düşünürəm. Tanrıdan diləyirəm ki, Sizin saysız-hesabsız xidmətlərinizə görə Azərbaycan xalqı layiqli davamçılarınızı onların layiq olduğu yüksəkliklərdə daim qoruyub saxlasın.

Ruhunuz şad olsun!

Ən səmimi sevgilərlə,

sadiq əsgəriniz

Ramin Lev

Your rating: None Average: 5 (1 vote)

Comments

Post new comment

(If you're a human, don't change the following field)
Your first name.
The content of this field is kept private and will not be shown publicly.
CAPTCHA
This question is for testing whether you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.