En son içerik ekleyen üyeler(resimli) | Hemen üye ol, seçkin bir ortama katıl!
idriscaglaridrisc...
, Elazığ
6666
56, Ankara
Seyfi KaracaSeyfi ...
45, Bad walds
Sadık YılmazSadık...
36, İSTANBL
savaş karadumansavaş...
54, samsun
paşa6634paşa6634
50, istanbul
drozakdrozak
48, yalova

Publish Your Poems, Quotes, Lyrics and more...

Publish Your Poems, Quotes, Lyrics, Videos, Jokes and more for FREE...
Create new account for free

Min daga beraber INSANA Hitaben

Min dağa bərabər İNSANA xitabən...

İnsanların hər şeyi adiləşdirdiyi, sözlərin dəyərsizləşdiyi bir zamanda mənəvi dünyası dərin insanlar üçün çox çətindir hislərini ifadə etmək. Ancaq Sizin haqqınızda nə düşünərkən, nə danışarkən heç zaman əsla çətinlik çəkmədik, Çünki Siz bizim üçün bir idealdınız.

Qarşılaşdığımız hər ədalətsizlikdən qurtulmaq, düşdüyümüz hər çətin vəziyyətdən çıxmaq üçün hər zaman Sizin yardımınıza ehtiyac duyardıq. Və Siz heç bir zaman heç kimsədən öz köməyinizi əsirgəməzdiniz. Sizdən yardım almaq üçün isə, nə Sizə zəng vurmağa, nə hüzurlarınıza gəlməyə, nə də o nurlu simanızı görməyə ehtiyac yaranardı. Sizi andıran sadəcə bir kəliməni gözlərimiz önündə canlandırmaq Sizdən alına biləcək bütün dəstəklərin, yardımların fövqündə dayanardı. Və Sizi ən gözəl andıran, Sizə ən gözəl yaraşan o kəlimə BABA kəliməsi idi.

Siz sözün əsl mənasında bütün Azərbaycanlıların BABASI idiniz. Çünki biz əsl Azərbaycançılığı Sizdə gördük, Azərbaycanlı olmağı Sizdən öyrəndik, əziz BABAMIZ. Siz bizim üçün yollarımıza daim işıq saçan, qaranlıqları, dumanları darmadağın edərək bizləri hər zaman doğru yolda tutan bir Günəşdiniz! Bu sınaq, imtahan dolu dünyanın keşməkeşli yollarını büdrəmədən, mərd, məğrur qət edən, xalqını populist, ideaist və s. reallıqdan uzaq, sürüşkən, dar və qorxulu cığırlarla deyil, əmin, işıqlı yollarla gələcəyə aparan bir liderə başqa hansı titulu yaraşdırmaq olar ki?

Biz Sizdəki mərdliyi sevdik, BABA. Biz Sizdəki vətənpərvərliyi sevdik, Biz Sizdəki ədaləti, haqq aşiqliyini sevdik.

Biz dağlardan gəldik, BABA. İstəmədən də olsa, məcburən də olsa, dağlardan gəldik... Ancaq dağlar üçün darıxmadıq. Çünki Siz bizlər üçün min dağa bərabər oldunuz, Biz, "az dağ kimi insan" görmədik. Ancaq Siz dünyadakı bütün dağların və bütün "dağ kimi insanlar"ın ən BABASI idiniz, BABA! Və o min dağa bərabər insanın bizi dağlarımıza qovuşduracağına heç zaman zərrə qədər də şübhə etmədik.

Ömür Tanrı yazısı, əlimizdən nə gələr ki? Ancaq Sizdən sonra Sizi daha çox sevdik, BABA. Çünki Sizin elə özünüz kimi mərd, vətənpərvər və ədalətli bir İNSAN yetişdirməyinizin şahidi olduq.

Bəzən sevgilər saxta olur, bəzən qısa ömürlü, bəzənsə riyakar və hiyləgər. Bizim bütün sevgilərimiz, xüsusilə də Sizə sevgimiz hər zaman neqativ keyfiyyətlərdən uzaq oldu, əbədi oldu, BABA. Çünki biz maddiyyatı həyatın mənasına çevirməməyi və əsl sevginin əbədi olduğunu Sizdən öyrəndik. Biz Azərbaycan sevgisinin nə demək olduğunu Sizin vətən sevgisində dərk etdik, BABA.

Qəlbimizdə əbədi yer almış bütün sevgilərə görə təşəkkürlər, Ümummilli Öndərimiz. Qarşıdan doğum gününüz gəlir. İcazənizlə, o günə qədər Sizə yenə yazacağıq. Çünki Sizə olan mənəvi borclarımızı ödəməyin başqa bir yolu yoxdur. Əslində biz, bizə bəxş etdiyiniz Azərbaycana görə Sizə olan borcumuzu heç bir zaman ödəyə bilmərik. Sadəcə hislərimizi ifadə edərək mənəvi təskinlik tapmaq üçün yazacağıq. Hələlik...

Ən səmimi sevgilərlə,

sadiq əsgəriniz

Ramin Lev

No votes yet

Comments

Post new comment

(If you're a human, don't change the following field)
Your first name.
The content of this field is kept private and will not be shown publicly.
CAPTCHA
This question is for testing whether you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.