mahmutcantekinmahmut...
, ADIYAMAN/
Seyfi KaracaSeyfi ...
45, Bad walds
nur sibel aksunur si...
21, berlin
pakize bilginpakize...
25, Malatya
beriwanberiwan
, Wan
KILIÇ KESKİNKILIÇ...
56, denizli
aslan_beyaslan_bey
,
darkynessdarkyness
99,

Publish Your Poems, Quotes, Lyrics and more...

Publish Your Poems, Quotes, Lyrics, Videos, Jokes and more for FREE...
Create new account for free

Din susmalı...

Azərbaycanda iki nəfər din xadiminin eynicinsli əlaqələrlə bağlı son günlər sərgilədikləri mövqe çox cəsarətlidir. Və həm də inqilabi... Onlar nədənsə aləmin bir-birinə qarışdığı bir vaxtda, birdən-birə durub son dərəcədə toxunulmaz bir mövzuda ənənələrə tam zidd fikirlər səsləndirirlər. Səbəb nədir.?.

Fikrimcə, bu məsələ o qədər qəliz və ziddiyyətlidir ki, kimsə, hətta ən yüksək çinli din alimləri belə hər hansı mövqe açıqlamalı deyil. Lap belə 100 il dini elmləri öyrən. Nə söyləyəcəksən? “Eyni cinslər “cinsləşə” bilər...” və ya “Bu günahdır, olmaz!”mı söyləyəcəksən? Dində məcburiyyətmi var? Bəs icazə versən, və bu başını alıb yürüsə, ailə institutunun axırı necə olacaq? Yaxşı, Tanrı insanı yaradarkən ona şüur və iradə vermədimi və bütün məsələlərdə onun seçim haqqını özünə həvalə etmədimi? Din dövlətdən ayrı deyilmi? Başqa sözlə, bu cür mürəkkəb məsələyə dini nöqteyi-nəzərdən konkret movqe bildirmə səlahiyyətini Tanrıdan başqa kim verə bilər?

Bu o qədər həssas mövzudur ki, mən məlum din adamlarının cəsarətinə heyranam. Homoseksuallıq həmişə alət kimi istifadə olunub. Kimlərisə ləkələmək, kimlərisə yoldan kənarlaşdırmaq və s. məqsədlərlə. Və ona görə də bu məsələdən danışanda insanlar həmişə ehtiyyatlanıblar. Tamamilə başa düşüləndir…

Əlbəttə, hər hansı ölkədə seksual müstəvidə problemlərin mövcudluğunu danmaq olmaz. Seks, siz istəsəniz də, istəməsəniz də, əsrlər boyu hər hansı bir cəmiyyətin ya inkişafının, ya da tənəzzülünün başlıca, gizli dinamikası olub və elə belə də davam edəcək. İnsan öz nəslinin davamı üçün yararlanmalı olduğu bir məşğuliyyəti həzz alətinə elə çevirib ki, nə din, nə dövlət, nə hüquq və s. heç zaman bu həzzin müəyyən ölçülərdə saxlanılmasını heç zaman təşkil edə bilməyiblər.

Tarix boyu homoseksuallıq məsələsi, açıq, ya gizli, fərqi yoxdur, gündəmdə olub. Bütün cəmiyyətlərdə, dinlərdə, millətlərdə ”lehinə, yoxsa əleyhinə” dilemması yaşanıb. Amerikanın aborigen hindularından tutmuş Afrika qəbilələrinə, yaponlar və çinlilər kimi elit asiyalılardan tutmuş qocaman romalılara, yunanlara və s. qədər bütün toplumlarda homoseksuallıq daim mövcud olub. Azərbaycana gəldikdə, ölkənin Türkiyə və İranla tarixi bağlarını nəzərə alaraq qeyd etmək istərdim ki, məsələn, elə həm Osmanlı, həm də Səfəvilər dövründə böyük şəhərlərdə zadəganlar, varlı təbəqə üçün, eləcə də məxsusən əsgərlər üçün azyaşlı oğlan uşaqları saxlanardı. ”Yayda avrat, qışda oğlan” deyə, artıq hər necəsə, bir deyim də dolaşardı. Və hamamların da kişi fahişəliyində xüsusi çəkisi vardı.

Sözümün canı budur ki, dini məsələyə qatmağa ehtiyac yoxdur. Əvvəllər bütün dinlərdə bu və ya digər formada homoseksuallığa qarşı normalar çox güclü rola malik olub. Hazırda isə, inkişaf etmiş ölkələrdə din artıq illərdir ki, bu məsələni insanların öz seçiminə buraxıb və problemin həllində əsas rolu dövlət oynayıb. Seksual azlıqlar bütün sahələrdə digər vətəndaşlarla bərabər hüquqlara malikdirlər. Azərbaycanda da din dövlətdən ayrıdır. Əgər eynicinsli əlaqələrə meylli insanların hüquqlarının qorunmasını istəyirsinizsə, ki buna həqiqətən də ehtiyac var, o zaman buna aidiyyatı dövlət orqanlarının reaksiya verməsi məqsədəmüvafiq olardı.

İnsan ticarəti ilə əlaqədar hazırda üzərində işlədiyim bir araşdırma var. Qarşıdakı aylarda onu yayımlamaq niyyətindəyəm. Araşdırmada bir neçə paraqraf eynicinsli insanlarların prostitusiyasına həsr edilib. Maraqlı olanlar oxuyar iş yayımlandığında.

Ancaq məsələnin bir maraqlı tərəfi var. Deyirlər ki, hər kim özünü psixi, fizioloji və s. cəhətdən özünü qadın kimi hiss edirsə, onlara imkan verin qoy dərhal gedib qadın olsun. Tamam da, ancaq siz adamı dönüşü olmayan yola göndərə bilərsiniz bununla. Fiziki parametrlərinə və s. görə kişilər ağır fiziki sınaqlar üçün yaradılıb. Keçmişdə homoseksuallıq güclü cinsin dəhşətli müharibələrdə iştirakı, elə ailənin ehtiyaclarının qarşılanması üçün ağır fiziki əməklə məşğul olması səbəbindən çox aşağı səviyyədə idi. Və ancaq fiziki fəaliyyətlərdən uzaq məhdud təbəqə arasında yayılmışdı. İndi müharibələr lokal səviyyədə münaqişələrlə əvəzlənib, gərgin fiziki əmək isə, texniki tərəqqi nəticəsində azalıb. İnsani hisləri virtuallaşıb. Qida çatışmazlığı problemi ərzaqların tərkibində genetik oynamalara yol aça biləcək maddələrin meydana gəlməsinə səbəb olub.

Ona görə də, siz bir kişini kişi üçün geriyə dönüşü olmayan bir yola - qadın olmağa və yaxud da əksinə, yollamazdan öncə onun həqiqətən bu yükü daşıyıb daşıya bilməyəcəyinə qərar verməlisiniz. O özü bu qərarı vermək iqtidarında deyil.

Və cins dəyişdirmək istəyən qadınlar kişilərdən, kişilərsə qadınlardan soruşub öyrənsinlər, görsünlər əks cins olmaq asandırmı?

Cins dəyişdirməyi şərtli edin (bu şərt qadağan xarakterli olmalı deyil, bu cür həssas təbəqəyə aid insanlara peşəkar yardım etmək məqsədi daşımalıdır). Siz belə insanları kemçişdəki kimi müəyyən sınaqlarla üz-üzə qoyun. Bunun üçün xüsusi peşəkar həkim komissiyaları yaradın. Cins dəyişdirmək istəyənlər üçün müəyyən bir sınaq müddəti təyin edin və həmin müddət ərzində onları xüsusi kamp şəraitində saxlayın. Qadınlığa namizəd kişiləri “qadın ətri”, kişiliyə namizəd qadınları isə, normal kişilərlə yenidən tanış edin. Bir sıra eksperimentlər aparılıb bu sahədə. Və nəticələr göstərir ki, cins dəyişdirmək istəyənlərin sayı əhəmiyyətli dərəcədə azalıb həmin sınaqlardan keçirilənlərin sırasında. Təbii ki, əgər görsəniz ki, belə adamların arasında tamamilə özlərini qadın kimi hiss edən kişilər və ya kişi kimi hiss edən qadınlar var və bu sınaqlar onlardakı həmin hisslərin əbədiliyini həqiqətən də təsdiqləsə, o zaman onlara cins dəyişdirməyə icazə verin, hətta bunu dəstəkləyin.

Və məsələ dinlik olmasa da, dinşünasların bir fikri, tamamilə doğrudur. Buna görə də, onları asıb-kəsənlər bir daha düşünsünlər, lütfən. Əgər bir insan ikili həyat yaşayırsa, bu həm onun özü üçün işgəncədir, həm də cəmiyyət üçün arzuolunan deyil. Eləcə də, dinin dövlətdən tamamilə ayrı olduğu bir ölkədə belə bir həssas məsələyə din təmsilçilərinin hər hansı mövqe bildirməsi də...

P.S. Aidiyyatı dövlət qurumları bu məsələ ilə ciddi məşğul olsalar, çox analardan sevinc göz yaşlarına qərq olmuş təşəkkürlər alacaqlar. Ya da ən azından, bir sıra insanı işgəncə dolu ikili həyat yaşamaqdan xilas edəcəklər. Hər ikisi humanist addımdır. Addımlarınız uğurlu olsun.

No votes yet

Comments

Post new comment

(If you're a human, don't change the following field)
Your first name.
The content of this field is kept private and will not be shown publicly.
CAPTCHA
This question is for testing whether you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.