mahmutcantekinmahmut...
, ADIYAMAN/
beriwanberiwan
, Wan
KILIÇ KESKİNKILIÇ...
56, denizli
aslan_beyaslan_bey
,
darkynessdarkyness
99,
6666
56, Ankara
tahsin_sahintahsin...
64, KAYSERİ
dj_slowdj_slow
,

Publish Your Poems, Quotes, Lyrics and more...

Publish Your Poems, Quotes, Lyrics, Videos, Jokes and more for FREE...
Create new account for free

ANS telekanalina ikinci achiq muraciet

Təkrar salam, Ləman xanım.

Əvvəla, bəlkə məndən başqa da sizə yazan olub, xəbərim yoxdur. Xahiş edirik sizdən artıq dərəcədə o sizə göndərilən təhqirləri ortaya çıxardın, kanalınızda nümayiş etdirin, verin o təhqir yazanları məhkəməyə. Kim sizi təhqir edibsə, biz də sizinlə birlikdə onlara qarşı çıxış etməyə söz veririk. Ancaq siz də etdiyiniz təhqirə görə cavab verməli olacaqsınız.

Sizin Kəlbəcər barədə yeni verilişinizə baxdıq. Bu dəfə ötən dəfəkindən də betər ittihamlar səsləndirdiniz. “Zilə çıxma” ifadəsini yaraşdırdınızmı özünüzə? Azərbaycanı SSRİ, Kəlbəcəri Stalinqradla müqayisə etdiniz. Müqayisələriniz tamamilə yanlışdır. Bu peşəkarlıq deyil artıq.
Əgər Kəlbəcəri kimin satdığını konkret bilirsinizsə, topçu qardaşınız o insanların adlarını sizə deyibsə və ya başqa mənbələrdən öyrənibsinizsə, artıq dərəcədə xahiş edirik, satqınların adlarını gedin Azərbaycan Respublikasının aidiyyatı hüquq mühafizə orqanlarına bildirin.
Və indi elə əsl yeridir! Açın ağzınızı, hətta sizdən çox xahiş edirik ki, açın sandığı tökün pambığı. Nə bilirsinizsə söyləyin. Bizim sizin kimi cəsarətli peşəkar xanımlara həmişə ehtiyacımız var. Əgər arxivləriniz xəyanətkarları ifşa edəcək dərəcədə zəngindirsə, belə məlumatları gizlətmək cinayətdir. Bilmirsiniz məgər?

Sizinlə ona görə söz güləşdirirlər ki, insanların mənəviyyatına toxunubsunuz. Sizin verdiyiniz video materiallar ölkə vətəndaşları arasında nifaq salmaq, nifrət yaratmaq həddindədir. Bu isə, ölkə Konstitutisyası və Cinayət Məcəlləsi ilə yolverilməz haldır. Başqa qruplar da yazıb, mən də bu gün müraciət etmişəm sizə. Adım, adresim, yerim, telefonum və s. bəlli. 1993-cü ildə mənim cəmi 13 yaşım var idi. Siz deyirsiniz döyüş olmadı, mən deyirəm oldu. Sizin kadrlarınız var, mənim də həm kadrlarım var, həm də acı xatirələrim. Buyurun, danışın və göstərin.

Siz kimi və nə ilə şantaj edirsiniz? Siz düşünmürsünüz ki, o şantaj materiallarının indiyədək açıqlanmamasının özü bir cinayətdir və indi kimlərisə şantaj etmək ikinci bir cinayətdir? Səbirsizliklə gözləyirik...

Mənim yazdığım əvvəlki mətndə sizdən nə təkzib vermək, nə üzr istəmək tələb olunur, nə də ANS-in məhkəməyə veriləcəyi barədə fikir səsləndirilir. Mən sadəcə olaraq, sizin verilişdə səsləndirdiyiniz fikirlərə dair öz vətəndaş mövqeyimi bildirmişəm. Nəzərə almağınız sizin böyüklüyünüz olardı. Əsl böyüklük də onda olardı ki, balası şikəst bir ananın haqqında ağzınıza gələni danışmayardınız efirdə. Və siz hansı haqla kütlələri naxələflikdə ittiham edirsiniz?

Bəlkə də sizin məhkəməyə verilməyinizə ehtiyac olmazdı. Çünki Kəlbəcərlilərə və məntiqi olaraq digər qaçqın və məcburi köçkünlərə qarşı yönəlmiş ittihamlarınız o qədər boş, mənasız və hədəfdən kənardır ki, onlar barədə danışmağın özü belə vaxt itkisidir. Bununla belə, mən bir hüquqşünas kimi qətiyyətlə deyirəm ki, təhqirə görə sizi məhkəmələrə vermək tam yerinə düşər. Hələ təhqir bir kənara qalsın, “səhvlərimiz barədə etiraflarınız” aşağıdakı daha təhlükəli amillərdən xəbər verir.

Hansı səhvlərimizin etiraf edilməsinin vacibliyindən danışırsınız? Mən xaricdə təhsil alıram. Bu dəqiqə dünyanın diqqəti Azərbaycandadır. Burda türk tələbələr var, bilirlər mən əslən Kəlbəcərdənəm və mənə deyirlər ki, “Arkadaş ANS diyor ki, Kelbeceri sen (Kəlbəcərli olaraq) satmışsın, bırakmışsın, kaçmışsın”. Mənə görə sizə belə desələr, sizi üstüörtülü formada təhqir etsələr xoşunuza gəlir, Ləman Əşrəfqızı və ANS telekanalı??? Azərbaycanda oturub “vətənpərvərlik etirafları” edirsiniz...

Xahiş edirəm açın Azərbaycan Respublikasnın xaricdəki səfirliklərinin saytlarını və BMT-nin Təhlükəsizlik Şurasının 4 qətnaməsini baxın görün orda Kəlbəcərin işğalı barədə nə yazılır. Sizin Kəlbəcər barədə 1 aprel və 7 aprel 2014-cü il tarixində bütün dünyaya təkrarən yaydığınız xəbərlər bu rəsmi, nüfuzlu sənədlərdəki məlumatlara tamamilə və təhlükəli şəkildə ziddir. Siz bütün Azərbaycan dövlətini yalançı çıxarmısınız bütün dünyada. Azərbaycan dövləti, ölkə Prezidenti deyir Kəlbəcər işğal edilib, siz deyirsiniz ki, Kəlbəcəri Kəlbəcərlilər ermənilərə təhvil verdi, orda döyüş olmadı. Bu isə, başqa və daha ağır cinayətdir. Xəbəriniz yoxdur ki, Kəlbəcər döyüşlərində nə qədər insan həlak olubdur, Ləman Əliəşrəfqızı və bəzi ANS əhli? Baş Qərərgah Rəisinin adını çəkirsiniz. Gedin müsahibə alın Nəcməddin müəllimdən, cənab general sizə söyləsin ki, nə qədər gərgin döyüşlər olub 1993-cü ildə də, 1994-cü ildə də. Ondan sonra oturun papağınızı qoyun qabağınıza görün naxələfliyi kim edir...

Əgər dərhal təkzib verməsəniz, rəsmi sənədlərdəki kimi Kəlbəcərin gərgin döyüşlər nəticəsində işğalını səsləndirməsəniz və Kəlbəcərlilərdən, bütün Azərbaycan xalqından üzr istəməsəniz, bir vətəndaş kimi hər iki video materialın Azərbaycan Respublikasının strateji dövlət siyasətinə zidd olmasını, eləcə də fikirlərinizin kin və nifrət təşviq etməsini, ən nəhayət Kəlbəcərlilərin (siz hüquqi cəhətdən Azərbaycan xalqını təhqir etmisiniz, çünki Kəlbəcər xalqı yoxdu, Kəlbəcərlilər elə Azərbaycan xalqının bir parçasıdır) təhqir olunmasını nəzərə alaraq, ölkənin aidiyyatı qurumlarına, eləcə də müvafiq beynəlxalq təşkilatlara rəsmi şəkildə müraciət edəcəyəm.

Hörmətlə,

Ramin Lev
hüquqşünas-tərcüməçi
sosial mıediada köşə yazarı

No votes yet

Comments

Post new comment

(If you're a human, don't change the following field)
Your first name.
The content of this field is kept private and will not be shown publicly.
CAPTCHA
This question is for testing whether you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.