En son içerik ekleyen üyeler(resimli) | Hemen üye ol, seçkin bir ortama katıl!
kagan_iscenkagan_...
, adana
mahmutcantekinmahmut...
, ADIYAMAN/
hasan hüseyin bayarhasan ...
52, istanbul
Mühendis- i CümleMühen...
23, istanbul
alikurtttttalikur...
32, köln
tahsin_sahintahsin...
64, KAYSERİ
Sadık YılmazSadık...
36, İSTANBL
drozakdrozak
48, yalova

Publish Your Poems, Quotes, Lyrics and more...

Publish Your Poems, Quotes, Lyrics, Videos, Jokes and more for FREE...
Create new account for free

ANS telekanalina aciq muraciet

ANS telekanalına 1 aprel 2014-cü il tarixində (Kəlbəcər rayonunun işğalının ildönümü) efirə getmiş verilişlə əlaqədar hörmətli Ləman xanım Əliəşrəf qızına

A Ç I Q M Ü R A C İ Ə T

Kəlbəcərin işğalının 21-ci ildönümü ilə əlaqədar ANS telekanalı tərəfindən hazırlanmış verilişə mən də baxdım. Amma bu gün qərar verdim sizə bu müraciəti ünvanlamağa. Ləman xanım, bir Kəlbəcərli kimi mənim üçün sürpriz olmadı əslində yanıqlı və bir qədər ironiyalı tonda Kəlbəcərlilərin ünvanına səsləndirdiyiniz fikirlər. Çünki biz indiyədək “satdınız gəldiniz” ifadəsini çox eşitmişik. Əgər elə olsa idi, nə vardı ki, ay Ləman xanım...

Keşkə sizinlə danışmaq və hadisələri sizə anlatmaq imkanımız olaydı əvvəlcədən. Hər halda, əminəm ki, 20 dəqiqəlik söhbətdən sonra siz, Kəlbəcərin işğalı ilə əlaqədar daha inandırıcı və daha real mülahizələrə söykənən başqa bir veriliş hazırlayardınız. Hamı da görərdi ki, 40 minlik əhalisi olan bir rayonda 40 kişinin vertolyota minərək qaçmağa cəhd göstərməsini əks etdirən kadrlar və yaxud yerli əhalinin rayonu tərk etməsi heç də Kəlbəcər rayonunun itirilməsinin əsas səbəbi deyil.

Biz bu lı, li, lu, lü şəkilçisini kənara ataraq, məsələlərə dövlət-vətəndaş nöqteyi-nəzərindən yanaşmaq istərdik.

Beləliklə, birincisi, dövlətin, yəni birbaşa o dövrün iqtidarının öz vətəndaşlarını müdafiə etmək vəzifəsi vardı. İkincisi, dövlət, yəni birbaşa o dövrün iqtidarı döyüş meydanından qaçan hərbçiləri cəzalandırmalı idi. Üçüncüsü, dövlət, yəni birbaşa o dövrün iqtidarı Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyinin qorunmasına görə məsuliyyət daşıyırdı.

Ancaq təəssüflər olsun ki, o dövrdə, yəni müstəqilliyin ilk illərində Azərbaycanda effektli dövlət aparatı formalaşdırılmamışdı və Azərbaycan bir dövlət kimi çox zəif idi. Üstəlik, ölkənin xarici siyasəti də təsvirolunmaz dərəcədə təhlükəli ideologiyalar üzərində qurulmuşdu. Elə ona görə də, öz doğma yurd-yuvalarından didərgin düşən Kəlbəcərlilərin böyük əksəriyyəti məlum hadisələrdən dərhal sonra, bütün Azərbaycan kimi ümummilli öndərimiz Heydər Əliyev siyasətinə pənah gətirdi. Pənah gətirdi ki, dövlət peşəkar rəhbərin əvəzolunmaz xidmətləri sayəsində dövlətçiliyini eləyə bilsin.

Beləliklə, acizanə surətdə rica edirik sizdən nəzərə alasınız ki, Kəlbəcər əhalisi (eləcə də, bütün digər ərazilərin və rayonlarn əhalisi) yuxarıda sadalanan vəzifələrin birbaşa icrasına görə nə məsuliyyət daşımırdı, nə də belə bir məsuliyyəti daşımaq imkanları var idi. Ona görə də sizdən dönə-dönə xahiş edərdik, hadisələrin səbəb və köklərini araşdırarkən Kəlbəcərin və ya digər əlaqədar bölgələrin tanınmış ziyalılarına müraciət edin, onlarla danışın, bir həmvətən kimi onlarla dərdləşin. Onlar istiqanlı insanlardır və elə bu istiqanlılıqla da hadisələrin necə cərəyan etdiyini sizə anlatsınlar.

Əmin ola bilərsiniz ki, vətən itirən insanların hamısı, onların ən yaxşısı da, ən pisi də, onsuz da əzab çəkirlər, Ləman xanım. Onlar əllərində heç bir imkan olmamasına rəğmən vətənlərini qoruya bilməməklərinin acısını belə verilişlərsiz də, tənələrsiz də yaşayırlar. Biz sizdən bu vicdan əzabı içində 21 ildir qıvrılan insanları ruhlandıracaq sözlər eşitmək istərdik. Nə sizə, nə də ANS kanalına onları daha da əzən sözləri yaraşdıra bilmirik. Hələ də şokdayık...

Əlbəttə, biz əminik ki, siz bu verilişi hazırlayarkən ürək yanğısı ilə o məlum söz və ifadələri səsləndirmisiniz, Ləman xanım. Vətənpərvərliyinizi yüksək dəyərləndiririk. Ancaq lütfən, nəzərə alın ki, siz məcburi köçkünlər barədə o fikirləri əksəriyyəti hadisələrin içərisində olmayan insanlar üçün səsləndirirsiniz. Azərbaycanın 8 milyonluq əhalisinin yalnız 1 milyon 200 mini qaçqın və məcburi köçkünlərdir. İnsanlar öz aralarıda “bu bölgənin adamları yaxşıdır, o bölgənin adamları pisdir” söyləyə, dərdləşə bilərlər. Hər yerin yaxşısı da var, pisi də var. Ancaq biz KİV-də belə fikirlərin verilməsinin qəti əleyhinəyik.

Biz həm də “dana” kəliməsi ilə, “ana” kəliməsinin qafiyələndirilməsini əsla istəməzdik...
Əlbəttə, hər kəs başa düşür ki, torpaqlar itirilməməli idi. Ancaq biz yenə də inanırıq ki, bunlar hamısı, çox ağrılı-acılı da olsa, müvəqqəti xarakterli problemlərdir. Tarix boyu müharibələr olur, torpaqlar itirilir, torpaqlar qazanılır. Müharibələr əbədi deyil. Sadəcə hər bir şəraitdə həmrəy və nikbin olan toplumlar, bir-birilərini dəstəkləyən toplumlar sözün hər mənasında qazanır.

Siz 21 il çadırda, yataqxanalarda, inanın, çox ağır şəraitlərdə yaşayan insanlara “satdınız gəldiniz” deyən insanlara qarşı çıxın lütfən, Ləman xanım. Siz Kəlbəcərlilərin və s. qaçqınların, köçkünlərin can hövlü ilə məcburiyyət qarşısında sərgilədikləri, indi sizə qətiyyətlə qəbulolunmaz görünən davranışlarına baxmayın. İndi elə onlar özləri də həmin davranışları qəbulolunmaz sayırlar. Ancaq məlumdur ki, sadəcə tək-tük insan eksterimal şəraitlərdə fövqəladə davranışlar sərgiləyə bilir və belə insanlara da “qəhrəman” adı verilir (məsələn, rəhmətlik Çingiz Mustafayev kimi). Qəhrəmanlıq isə, bir qayda olaraq ayrı-ayrı fərdlərə xas keyfiyyətdir. O dövrdə Kəlbəcərlilərin, digər qaçqın və məcburi köçkünlərin də arasında belələri az deyildi təbii ki.

Hazırda da məcburi köçkünlərin böyük əksəriyyəti Prezidentimizin və dövlətimizin torpaqlarımızın geri qaytarılması istiqamətində həyata keçirdiyi bütün fəaliyyətləri, daxili və xarici siyasət kursunu dəstəkləyir və Prezidentimizə, hökumətimizə ürəkdən inanır.

Lütfən, siz bir tanınmış, peşəkar jurnalist kimi onlarla - sazlı, sözlü, nisgilli, yurd-yuva həsrətli bu insanlarla görüşün, danışın. Siz xalqın ANS-siniz. Biz sizdən adınıza layiq yeni-yeni optimist verilişlər, yeni-yeni uğurlu layihələr gözləyirik. Əgər hamı hər şeyin düzələcəyinə birlikdə, səmimi qəlbdən inanarsa, həqiqətən də hər şey yaxşı olar.

Sonunda sizə, telekanalızının rəhbərliyinə və bütün əməkdaşlarınıza ən səmimi salamlarımızı yetirir, şəxsi və iş həyatınızda uğurlar diləyirik.

Dərin hörmətlə,

Ramin Lev

hüquqşünas-tərcüməçi,
sosial media köşə yazarı

P.S. Hörmətli Ləman xanım. Xahiş edirik nəzərə alasınız ki, biz sıradan bir vətəndaş kimi, əgər gərək olarsa, hər zaman hər hansı məsələ ilə əlaqədar araşdırmalarınız zamanı sizə yardımçı olmağa hazırıq.

No votes yet

Comments

Post new comment

(If you're a human, don't change the following field)
Your first name.
The content of this field is kept private and will not be shown publicly.
CAPTCHA
This question is for testing whether you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.