En son yorum ekleyen üyeler(resimli) | Hemen üye ol, seçkin bir ortama katıl!
gokhanduygungokhan...
27, Diyarbak
mahmutcantekinmahmut...
, ADIYAMAN/
tahsin_sahintahsin...
64, KAYSERİ
6666
56, Ankara
Hamide ÖztürkHamide...
41,
kivanc4454kivanc4454
45, konya
Gül-Ce-ŞiirleriGül-C...
18, Gostivar
seref_cosgunseref_...
52, Balıkesi

Publish Your Poems, Quotes, Lyrics and more...

Publish Your Poems, Quotes, Lyrics, Videos, Jokes and more for FREE...
Create new account for free

1 və 7 aprel 2014-cü il tarixlərdə ANS-in efirində Kəlbəcər rayonu ilə əlaqədar efirə verilmiş həqiqətə uyğun olmayan məlumatlar

1 və 7 aprel 2014-cü il tarixlərdə ANS-in efirində Kəlbəcər rayonu ilə əlaqədar efirə verilmiş həqiqətə uyğun olmayan məlumatlara dair

Bəyanat

1 aprel 2014-ci il tarixində ANS telekanalında müəllif Ləman Əliəşrəfqızı tərəfindən efirdə səsləndirilmiş “Fakt budur ki, biz Kəlbəcərdən də məğlub ayrıldıq” başlıqlı videomaterial Kəlbəcər rayonunda boya-başa çatmış sıradan bir vətəndaş kimi məni həddindən artıq heyrətləndirdi və məyus etdi. Azərbaycan Respublikası Konstitusiyasının 46-cı maddəsinin 1 və 2-ci bəndlərini, 47-ci maddəsinin 3-cü bəndini, 57-ci maddəsini, 80-ci maddəsini rəhbər tu-taraq, materialda jurnalist etikasına və müvafiq qanunvericilik aktlarına zidd olan aşağıdakı məqamları təəssüflə vurğulamaq istərdim:

1. Kəlbəcərin boşaldılmasında yerli əhalinin günahlandırılması və on minlərlə mülki in-sanın ünvanına ifadələrin işlədilməsi (“sürü”, “naxələflər” və s.) ;
2. Verilişdə rayonun itirilməsi ilə əlaqədar Azərbaycan Respublikasının rəsmi dövlət siyasətinə, müvafiq nüfuzlu beynəlxalq təşkilatların sənədlərinə zidd iddiaların səsləndirilməsi (ərazinin guya məhz əhalinin günahı ucbatından döyüşsüz təslim eilməsi);
3. Azərbaycan Respublikasının əhalisi arasında Kəlbəcərdən olan on minlərlə insana qarşı nifrət hislərinin aşılanması və məntiqi olaraq, bunun bütün digər qaçqın və məcburi köçkünlərə də sirayət edilməsi;
4. Kütlələr arasında buna səlahiyyəti olmayan bir jurnalist tərəfindən müharibə təşviqatının aparılması.

Sıravi vətəndaş mövqeyindən çıxış edərək, 7 aprel 2014-cü il tarixində tərəfimdən ANS rəhbərliyinə, hörmətli Vahid Mustafa Yevə, hörmətli Mais Məmmədova və verilişin aparıcısı xanım Ləman Əşrəfqızına müvafiq etiraz müraciətləri ünvanlanmışdır.

Daha dərin təəssüf hissi ilə bildirirəm ki, 07 aprel tarixində, axşam saatlarında efirə veriliş bir video ("Doğurdanmı, Kəlbəcəri qəhrəmanlıqla müdafiə etmişik?") və bir yazılı materialla (“ANS bəzi KİV-lərə cavab verdi”) ANS kanalı və müəllif mövqelərini daha da sərtləşdir-mişdir. Bu dəfə, etiraz edənlərə ANS-in arxivlərindəki materialların efirə veriləcəyi və daha böyük sirlərin üstünün açılacağı, kimlərinsə biabır ediləcəyi ifadə olunmuş, etirazçılardan sus-maq tələb edilmiş, hətta daha da uzağa gedilərək etirazçılar hansısa xarici qüvvələrlə işbir-liyində günahlandırılmışlar.

Yuxarıdakı paraqrafda əksini tapmış iddialarla əlaqədar başqalarının əvəzinə danışa bilmərəm. Ancaq ANS-dən xahiş edirəm ki, öz imkanları daxilində mənim Kəlbəcərə səfər etməyimi asanlaşdıracaq bütün tədbirləri görsün. Xüsusilə də, xaricilərlə, oranın-buranın kəşfiyyatı ilə ANS-in materiallarında göstərilən və ya hər hansı formada işbirliyində olan bütün insanları dərhal ifşa etsin ki, hamı həmin xəyanətkarları tanıya bilsin.

Beləliklə, ANS-in göstərilən materiallarında yerli əhali barədə söylənənlərin həqiqətə uyğun olmadığını, kanalın on minlərlə insanı təhqir etdiyini, hamılıqla qəbul olunmuş rəsmi sənədlərdəki məlumatların dürüstlüyünə kölgə saldığını ictimaiyyətin diqqətinə çatdırmağı özümə borc sayıram. Eləcə də, şəxsən sıradan bir vətəndaş kimi müharibə və ya hər hansı zo-rakılıq əməliyyatlarına prinsip etibarilə qarşı çıxdığımı, bütün münaqişələrin sülh yolu ilə niza-mlanmasının zəruriliyini vurğulayaraq, belə açıq və ya dolayı çağırışların olsa-olsa yalnız hüqu-qi cəhətdən buna səlahiyyəti çatan rəsmi şəxslər tərəfindən səsləndirilə biləcəyi qənaətindəyəm.

Son olaraq, hər kəsin diqqətinə çatdırıram ki, YAP üzvlüyü istisna olmaqla hər hansı daxili və ya xarici ictimai, siyasi və s. təşkilat, qurumla nə yaxindan, nə da uzaqdan heş bir əlaqəm və ya bağlılığım yoxdur. Heç bir siyasi iddiam və siyasət oyunlarında iştirak etməyə imkan verəcək səhhətim və həvəsim də yoxdur. Bu və əvvəlki etiraz bəyanatlarını vicdanımın səsini din-ləyərək yayıram. Azərbaycan informasiya məkanında öz dəst-xətti olan, milli qəhrəman Çingiz Mustafayevin irsi ANS-in belə bir əsrarəngiz olaya qarışmasından, eyni zamanda bu xəbərin mənə hazırda təhsil aldığım Avropada türk dilini bilən əcnəbi tələbələr tərəfindən verilməsindən isə, xüsusən sarsıntı keçirirəm. Bununla belə, cani-könüldən arzulayıram ki, di-nindən, dilindən, milliyyətindən, etnik mənsubiyyətindən və s. asılı olmayaraq doğulduğu və boya-başa çatdığı torpaqlardan qaçqın və ya köçkün düşmüş bütün insanlara öz doğma yurd-yuvalarına dönmək nəsib olsun. Amin!

Mən təkrar ANS-in qocaman jurnalistlərinə müraciət edirəm, lütfən təkzib verin və bütün xalqdan üzrxahlıq materialı yayımlayın. Əgər tam haqlı olduğunuza əminsinizsə, o zaman əli-nizdə səsləndirdiyiniz bütün ittihamları sübuta yetirəcək bütün materialları yayın və sübut edin ki, haqlısınız. Və yaxud həmin materialları aidiyyatı dövlət qurumlarına təqdim edin, daha bir vətənpərvərlik nümunəsi göstərin, qoy dərhal cinayətkarlara cinayət işi açılsın.

Bütün ölkə ictimaiyyətinin, əlaqədar dövlət qurumlarının, o cümlədən Mətbuat Şurasının ölkə qanunvericiliyinin müvafiq müddəalarına əsasən məsələyə reaksiya verməsini xahiş edirəm. Mən təhqir olunmuş sıravi bir vətəndaş kimi Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev cənablarına, bütün hüquq mühafizə orqanlarının çox hörmətli rəhbərlərinə səslənir və həddindən artıq dərəcədə xahiş edirəm ki, mənim, eləcə də on minlərlə sadə vətəndaşın açıq və təkrar-təkrar, bütün dünyanın gözü qarşısında pozulmuş hüquqlarının bərpasında yardım etsinlər. Tərəfimdən irəli sürülən iddiaların, eləcə də, əgər varsa, ANS-in hər hansı ön və əks ittihamlarının hərtərəfli araşdırlması və ədalətli qərar çıxarılması üçün əlimdən gələn hər cür köməkliyi göstərməyə hazıram.

Dərin hörmətlə,

Ramin Lev (Əliyev)

Hüquq, din və cəmiyyət
problemləri üzrə tədqiqatçı
hüquşünas-tərcüməçi
sosial-media köşə yazarı

No votes yet

Comments

Post new comment

(If you're a human, don't change the following field)
Your first name.
The content of this field is kept private and will not be shown publicly.
CAPTCHA
This question is for testing whether you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.