pakize bilginpakize...
25, Malatya
drozakdrozak
48, yalova
mugesunamugesuna
17, Istanbul
Haydar MetinHaydar...
,,, Hilden
mahmutcantekinmahmut...
, ADIYAMAN/
AbdullahKarabagAbdull...
, Lozan
hasan hüseyin bayarhasan ...
52, istanbul
nergiz63nergiz63
26, urfa

Publish Your Poems, Quotes, Lyrics and more...

Publish Your Poems, Quotes, Lyrics, Videos, Jokes and more for FREE...
Create new account for free

Yüngülvari narahatam

Nəzərlərin nəsə deyir,
Bir tənəmi, ya sualmı...
Qorxma dillən, gətir xeyir.
Soruşursan necə, hamı?

Hamı yaxşı, elə mən də,
Sanki mən də, az babatam.
Az mürəkkəb, az da sadə...
Yüngülvari narahatam.

Ürəyində kimdi, söylə.
Kimi deyim, kim qalıb ki.?.
Heç olmasa him-cim eylə,
Danışmaq da puldu sanki...

Haraları soruşursan?
İndi nə dağ, nə dərə var...
Bəs sən özün haradasan?
Dolaşmırsan, diyar-diyar?

Baxışların anlaşılmır,
Bağışla dəə, qanammıram...
Bəs gözlərin niyə damır?
Damla-damla, aram-aram...

Yaxşı, toxta, özünə gəl!
Nə çıxacaq ağlamaqdan?
Susacaqsan axır-əvvəl,
Ehh, beləsən uşaqlıqdan...

Bax, bayaqdan ”danışırıq”,
Bircə kəlimə deməmisən.
Bağır, çığır, sal qışqırıq,
Belə idin, sən əsasən...

Heç yaraşmır bu susqunluq,
Bir az deyək-gülək bəlkə?
Heydən düşdük, yaşa dolduq?
Bəlkə quraq bir məzhəkə?

Ona da yox? Yaxşı, oldu...
Onda çıx get, məncə yetər.
Sənə baxdım, gözüm doldu.
Baxışların sanki neştər...

Aha, yenə eyni sual?
”Nə var, nə yox, son zamanlar”?
Sənə necə deyim, xəyal?
Yavaş-yavaş ötür anlar...

Hamı yaxşı, elə mən də,
Sanki mən də, az babatam.
Az mürəkkəb, az da sadə...
Yüngülvari narahatam...

24 noyabr 2014-cü il

No votes yet

Comments

Post new comment

(If you're a human, don't change the following field)
Your first name.
The content of this field is kept private and will not be shown publicly.
 
CAPTCHA
This question is for testing whether you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.