En son yorum ekleyen üyeler(resimli) | Hemen üye ol, seçkin bir ortama katıl!
SulalesiSulalesi
59, Adana
mahmutcantekinmahmut...
, ADIYAMAN/
seref_cosgunseref_...
52, Balıkesi
gokhanduygungokhan...
27, Diyarbak
tahsin_sahintahsin...
64, KAYSERİ
6666
56, Ankara
Hamide ÖztürkHamide...
41,
kivanc4454kivanc4454
45, konya

Publish Your Poems, Quotes, Lyrics and more...

Publish Your Poems, Quotes, Lyrics, Videos, Jokes and more for FREE...
Create new account for free

Saf sevgiyə qurban bu Lev...

Nə qədər də bol istəsən,
Xoş anlar qıt, sevinc ani...
Sınaqdayıq, biz əsasən,
Bir imtahan bu, pünhani...

İmtahanı keçirən kim?
Məhbəsəmi olduq təhkim?
Kimdir məhbus, kimdir hakim?
Axı niyə ömür fani?

Bu suallar çətin, ağır,
Hər cavabdan sual yağır.
Həqiqətə çıxan cıxır,
Yerdə deyil, asimani...

Görünsə də haqq əvayil,
Agah olan, mütləq deyil.
Yanlışlığa mütəmayil,
Hər bir əməl ki, nəfsani.

Yer üzündə əşrəf insan,
Günahların oldu leysan.
Hər əfvi sən çox asan san...
Bəraətlərin şeytani!

Bacardıqca doğruya yan,
Usanmadan, yorulmadan...
Ox çıxınca bir gün yaydan,
Olacaqsan əflatuni.

Yer kürəsi bizə bir ev,
Dolaş, dön, dur, sən onu sev.
Saf sevgiyə qurban bu Lev,
Qurban ruhən, həm cismani!

Ramin Lev
17 iyun 2015-ci il,
Gəncə şəhəri.

No votes yet

Comments

Post new comment

(If you're a human, don't change the following field)
Your first name.
The content of this field is kept private and will not be shown publicly.
 
CAPTCHA
This question is for testing whether you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.