DJ AycaDJ Ayca
22, aydin
6666
56, Ankara
pamukkalepamukkale
43, denizli
amasyaliamasyali
38, Amasya
paşa6634paşa6634
50, istanbul
mugesunamugesuna
17, Istanbul
pakize bilginpakize...
25, Malatya
serife25serife25
25, Bayburt

Publish Your Poems, Quotes, Lyrics and more...

Publish Your Poems, Quotes, Lyrics, Videos, Jokes and more for FREE...
Create new account for free

Oğurlama atam, oğurlama!

Varam deyə günahkar deyiləm...
Özbaşıma yaranmadım, atam!
Şahidimdir bütün külli-aləm,
Hər halda, yenə də əmin ol tam.
Tanrı var, ömrümü oğurlama!
Oğurlama atam, oğurlama!

Sənə aid deyil, apardığın!
Ləptopuna yığıb yığın-yığın...
Tanrıya, zəhmətə olsun sayğın...
Durmadan çalışdım, yorğun-arğın.
Dünya baxır, əməyimi oğurlama,
Oğurlama atam, oğurlama!

Ehtiyacın yox mənə sənin ki,
Bu nə kin-kidurət içindəki?
Hey oğurladın, nə oldu sanki?
Bax, verən əlim açıq halbuki...
Açıq istə, lütfən, oğurlama.
Oğurlama atam, oğurlama!

Çaldığın hər yazıda göz nurum,
Ruhum hopmuş mətnə burum-burum...
O mənim çörəyim, etmə məhrum!
İndi alma satım, həyat qurum?
Yaşam mənbəyimi oğurlama!
Oğurlama atam, oğurlama!

No votes yet

Comments

Post new comment

(If you're a human, don't change the following field)
Your first name.
The content of this field is kept private and will not be shown publicly.
 
CAPTCHA
This question is for testing whether you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.