Sadık YılmazSadık...
36, İSTANBL
Gonca GÜLGonca GÜL
24, Kayseri
Filiz ÖzmenFiliz ...
, Niğde
Rukiye KaramanRukiye...
32, Afyon
ZüricherinZüric...
19, ZÜRICH
mahmutcantekinmahmut...
, ADIYAMAN/
eynazendeeynazende
, Kırşehi
persiapersia
,

Publish Your Poems, Quotes, Lyrics and more...

Publish Your Poems, Quotes, Lyrics, Videos, Jokes and more for FREE...
Create new account for free

Bir səmaya baxsana.!.

“Adımı sənə qoyum,
Sən də qal yana-yana.
Mənim üçün nə fərqi,
Məbədimdir şərxana.

Zaman indi başqadı,
Bax, əyirlər poladı,
Sənə qanım qaynadı.
Bir saniyə dursana.

Eyləyim özüm təqdim,
Gör necə də şux, qəddim.
"Mənim kimi ol!" dedim,
Döndün, getdin hayana?

Tanrı? Günah? Nə, ayin?
İşlət, varsa bir beyin!
Sənin doğru bildiyin,
İndi yanlış, dansana...

Aha, niyə dinmirsən?
Danammırsan deyəsən...
Səd afərin, səd əhsən,
Heç olmasa sussana”.

****

Uzaqlaşdım sakitcə,
Fikirləşdim acizcə,
Dünya dönür dəlicə,
Bu dəlidən qorxsana...

Həə, ürpəndim ürəkdən.
Hər şey belə, gerçəkdən?
Səda gəldi yüksəkdən...
"Bir səmaya baxsana".!.

****

Ayıldım, balış nəmiş,
"Məlun" məni tərlətmiş.
Nə yaxşı, yuxu imiş,
Di gəl onu yozsana…

Ramin Lev

31/10/2014

No votes yet

Comments

Post new comment

(If you're a human, don't change the following field)
Your first name.
The content of this field is kept private and will not be shown publicly.
 
CAPTCHA
This question is for testing whether you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.